
Amerikalı pornoaktrisa Molli Kavalli ABŞ-ın Florida ştatında sualtı çəkiliş zamanı köpək balığının hücumuna məruz qalıb.
Gununsesi.info “Daily Mirror”a istinadən xəbər verir ki, porno ulduz sualtı çəkilişlərə xüsusi qoruyucu torda girsə də, özünü gözlənilməyən fəlakətdən qurtara bilməyib.
Belə ki, suya gülərək düşən 33 yaşlı pornoaktrisaya köpək balığı hücum edib. Aktrisaya hücum edən balıq onun ayağına ağız atıb və nəticədə onun ayağının daban nahiyəsini dişləyib. Xoşbəxtlikdən çəkiliş qrupu Mollini zamanında sudan çıxarmağa nail olublar. Onun yarasına 20-dən artıq tikiş qoyulub. Hazırda vəziyyəti yaxşıdır.
Model isə öz İnstagram səhifəsində azarkeşlərinə ona verdikləri dəsətəyə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, aktrisa porno saytlardan biri üçün reklam çəkilişlərində iştirak edirmiş. Çəkiliş aparan qrup tor çərçivə ilə pornoaktrisanı köpək balığının və digər dəniz yırtıcılarının hücumundan müdafiə etməyi planlaşdırırdılar. Ancaq tor çərçivə zəif olduğundan köpək balığı aktrisanın ayağını onu dişləyib.




Gununsesi.info











