“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb etdi - FOTO

  • Müəllif: admin
  • 07 May 2017 00:13

sumqait

“Sumqayıt” futbol klubu 2016/2017-ci il mövsümü üçün növbəti transferini həyata keçirib.

Gununsesi.info kluba istinadla xəbər verir ki, komanda son olaraq AZAL-da çıxış etmiş Kamal Mirzəyevi heyətinə qatıb.

İyirmi iki yaşlı dayaq yarımmüdafiəçi komanda ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, futbolçu klub olaraq AZAL və “Qəbələ”də çıxış edib və Azərbaycanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.

Gununsesi.info