“Mahir” oğrular tutulub

  • Müəllif: admin
  • 08 May 2017 14:48

ogru

Azərbaycanda oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 evdən ümumilikdə 700 manat və 120 ABŞ dolları pul, habelə qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Tariyel Həsənəliyev və əvvəllər məhkum olunmuş Polad Şabanov tutulub.

Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 6-da Bakı şəhər sakini Mahmudağa Ömərovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fəqani Quliyev tutulub.

Həmçinin oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Faiq Bayramovun, Kənan Süleymanlının və qardaşı Sənanın ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin, 2-ci və 4-cü polis bölmələrin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisində daha 12 evin girişlərindən ümumilikdə 11 su sayğacı, inşaat materialları və su mühərriki oğurlamaları da müəyyən edilib.

Eyni zamanda, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Tərlan Həsənovun ətrafında Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsiəməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun mayın 3-də Bakı şəhər sakinləri olan 3 nəfərə məxsus 4 velosipedi oğurlaması da müəyyən edilib.

Anar

Gununsesi.info