Kiyevdə “Eurovision-2017” mahnı yarışmasının ilk yarımfinalı keçiriləcək - BU GÜN

  • Müəllif: admin
  • 09 May 2017 06:22

evro-2017

Bu gün Ukraynanın paytaxtı Kiyevdə “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, birinci yarımfinalda Azərbaycan, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və digər ölkələri təmsil edən iştirakçılar səhnəyə çıxacaqlar.

Mahnı yarışmasının ikinci yarımfinalı mayın 11-nə planlaşdırılır. Final isə mayın 13-də olacaq. Müsabiqədə ümumilikdə 42 ölkədən musiqiçilər iştirak edirlər.

Xatırladaq ki, müsabiqənin rəsmi açılış mərasimi mayın 7-də olub.

Budəfəki mahnı müsabiqəsi siyasi qalmaqalla yadda qalıb. Ukrayna tərəfi Krımdakı çıxışına görə Rusiya müğənnisi Yuliya Samoylovanı ölkəyə buraxmayıb. Bu səbəbdən Rusiyanın 1-ci telekanalı “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib.

Gununsesi.info