Çempionlar Liqasının ilk finalçısı məlum olacaq - BU GÜN

  • Müəllif: admin
  • 09 May 2017 08:55

yuventus

Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək.

Gununsesi.info  məlumat verir ki, ilk finalçının adına Turində aydınlıq gələcək.

Səfərdə “Monako” üzərində 2:0 hesablı qələbə qazanmış “Yuventus” doğma azarkeşlər önündə əlinə düşən fürsətdən yararlanmağa çalışacaq.  Bu mövsüm Çempionlar Liqasında məğlub olmayan və 6 oyundur qapısından qol buraxmayan Kontenin yetirmələri gənc oyunçulardan formalaşmış rəqibinə təcrübə və səviyyənin fərqini başa salmağa çalışacaq.

“Monako” da cari mövsümdə əla formadadı. “Knyazlıq klubu” Liqa 1-in XXXVI turunda səfərdə “Nansi”dən güclü olub – 3:0. Əsasən hücum oyunçularına güvənən fransızları müdafiəsi ilə dünyada məşhur olan italiyalılara qarşı bu dəfə o qədər də şanslı saymaq olmaz.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

9 may

22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 2:0

Gununsesi.info