
Dünyanın ən böyük mobil telefon istehsalçısından olan “Apple” Finlandiyadakı mərkəzi səhiyyə texnologiyası şirkəti olan “Beddit”i satın alıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beddit” şirkətini alan “Apple” bundan sonra insanların yuxusunun keyfiyyətini ölçməyə başlayacaq.
Belə ki, Finlandiyadakı mərkəzinə “Beddit”dən verilən məlumata görə, , “Apple” istifadəçilərin şəxsi məlumatları, “Apple”nin məxfilik siyasəti çərçivəsində toplanacaq, istifadə ediləcək və açıqlanacaq.
Məlumatda bildirilir ki, istifadəçiləri “Apple HealthKit” proqramını telefona yükləyərək “Beddit”in mobil proqram sisteminə bağlana biləcəklər. Məhz, hər iki proqramdan daxil olan məlumatlar əsasında istifadəçilər yuxusunun keyfiyyətini öyrənə biləcəklər: “İstifadəçilər “Beddit” adlı cihazını çarşaflarının altına yerləşdirərək, yuxu rejimini – ürək döyüntüsünü, tənəffüs dərəcəsini, hərəkətlilik və xoruldama kimi fərqli məlumatları cib telefonlarında izləyir. Yuxunun keyfiyyətini artırmaq istəyən “Apple” istifadəçiləri “Beddit” adlı cihazını tövsiyələrinə əməl etməklə buna nail ola bilərlər”.
Anar
Gununsesi.info












