Əmrə qol vurdu, Tatlısəs əsəbləşdi

  • Müəllif: admin
  • 18 May 2017 10:28

tatlises

Türkiyənin məşhur müğənnisi, daha çox “Fənərbaxça” futbol klubunun azarkeşi kimi tanınan İbrahim Tatlısəs Türkiyə Kubokunda “Fənərbaxça”ya qol vuran sabiq fənərbaxçalı futbolçu Əmrə Belözoğluna öz “Tvitter” hesabında yazdığı şərhlə bir daha gündəmə gəlib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə estradasının imperatoru, populyar türk müğənnisi İbrahim Tatlısəs öz “Tvitter” hesabında Əmrə Belözoğluna bu mesajı yazıb: “Bir qol daha at, Əmrə. Məncə, zərəri yoxdur. At ki, rəhbərliyin gözünə girəsən. Sənin kimi adamı göndərdilər nə yazıq ki, yazıq”.

Anar

Gununsesi.info