
Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Aşağı Tala kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 200 kiloqram olan 4050 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.
Anar
Gununsesi.info









