
İran növbəti 3-cü yeraltı raket fabrikini qurub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İran İnqilab Keşikçiləri Korpusunun komandanı admiral Əmir Əli Hacızadə Dezful şəhərində təşkil edilən ənənəvi mərasimdə belə deyib.
Belə ki, mərasimdə ölkəsinin ABŞ, Rusiya və İsrail ilə davamlı olaraq mübarizə içərisində olduğunu deyən Ə.Hacızadə, raket sistemlərini bundan sonra da inkişaf etdirəcəklərini bəyan edib.
İranın regional və qlobal sabitliyə təhlükə olaraq görülməsini normal qarşılayan Ə.Hacızadə bildirib ki, hazırda düşmənlərimiz bizi qlobal sabitliyə təhlükə yaradan kimi görürlər: “Bu çox normaldır. Çünki onlar gücsüz bir İran istəyirlər”.
Qeyd edək ki, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra İrana yeni sanksiyalar tətbiq edəcəyini söyləyib.
Anar
Gununsesi.info











