Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Rusiyanın hərbi gücü ilə bağlı açıqlamalarını sərt şəkildə tənqid edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Patruşev bu barədə “aif.ru”ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, Sikorski Polşanın Rusiya üzərində hərbi üstünlüyə malik olduğunu iddia etməklə Moskvanın hərbi potensialını düzgün qiymətləndirmir. Patruşev bildirib ki, Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara başlasa, Moskva malik olduğu bütün qüvvə və vasitələrdən istifadə edə bilər.
“Polşanın Rusiya üzərində hərbi üstünlüyündən danışan Sikorski, görünür, Polşanın Rusiya ilə hərbi qarşıdurmaya girməsi halında ölkəmizin malik olduğu bütün qüvvə və vasitələrdən istifadə edəcəyini və Polşa dövlətçiliyinin iki-üç gün ərzində mövcudluğunu dayandıracağını dərk etmir”, – deyə Patruşev bildirib.
O, həmçinin qeyd edib ki, Rusiyanın hazırkı hərbi əməliyyat zamanı bütün hərbi potensialından istifadə etmədiyini iddia edib.










