İş elanlarına müraciət edənlər cavab ala bilmir

  • Müəllif: Şəbnəm
  • 14 Sentyabr 2026 12:07

Son vaxtlar iş elanları ilə bağlı paylaşımlara tez-tez rast gəlinir.

Lakin bəzi elanlarda əlaqə nömrəsi göstərilsə də, bir çox halalrda zənglərə cavab verilmir və ya işçinin artıq tapıldığı deyilir.

Gununsesi.info xəbər verir ki, belə hallardan biri ilə qarşılaşan vətəndaş sosial şəbəkədə narazılığını bildirib.

O, qeyd edib ki, bir müddətdir iş axtarır və iş elanlarında göstərilən nömrələrə WhatsApp vasitəsilə müraciət edir. Lakin bəzi şəxslər mesajı gördükləri halda cavab vermirlər:

“Mən neçə vaxtdır özümə iş axtarıram. İş elanı paylaşanlar mesaj yazmaq üçün nömrələrini qeyd edirlər. Amma problem odur ki, mesaj yazanda WhatsApp-da mesajı görürlər, bəziləri isə mesaja girib baxırlar, amma cavab vermirlər.

Əgər siz də iş axtarırsınızsa, şəkildə olan nömrələri qeyd edin və vaxtınızı itirməyin. Bilin ki, cavab verməyəcəklər”.

 

 

Şəbnəm

Gununsesi.info