Sabah bu ərazilərdə qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 14 Sentyabr 2026 21:42
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Belə  ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yəkunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli və T. Xəlilbəyli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Gununsesi.info