ABŞ Prezidenti Donald Tramp ölkəsinin gələcəkdə İran neftinə nəzarəti ələ keçirə biləcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Tramp bu barədə İrlandiyadakı qolf klubunda jurnalistlərlə söhbəti zamanı danışıb.
“Son nəticədə biz gedəcəyik. Yalnız qalmaq və Venesuelada olduğu kimi nefti özümüzə saxlamaq qərarına gəlməsək”, – deyə ABŞ lideri bildirib.
Tramp sentyabrın 14-də İranın da iştirakının gözlənildiyi Körfəz ölkələri nümayəndələrinin görüşü ilə bağlı suala isə şərh verməkdən imtina edib.
“Bu, onların işidir. Onlar xoşbəxt ola bilərlər”, – deyə Tramp əlavə edib.











