Vətəndaş Kapital Bankdan şikayətçidir.
Gununsesi.info xəbər verir ki, bu barədə o “Müştəriyəm, şikayətim var” qrupunda paylaşıb:
“Şikayətim Kapital Bankdandır. 21.10.2026 tarixində saat 13:00-13:30 arası Park Azure Biznes Mərkəzinin altındakı Kapital Bank ATM-dən Kapitalın EUR kartına 700 eur pul yükləmək istəyərkən terminal pul yerləşdirilən yeri açaraq ekranda qeyd etdi ki, kənar əşya var, mən pulu götürmək istəyəndə isə həmin yer bağlandı və ekranda, “Xahiş edirik, pulunuzu götürün” yazısı yazıldı.
Lakin ATM mənə nə qəbz verdi, nə də pulu qaytardı. Dərhal 196-ya zəng etdim və 22 oktyabrda xaricə gedəcəyimi bildirdiyim üçün “təcili” statusla sorğunu qeydə aldıqlarını bildirdilər. Daha sonra ATM sönüb-yandı və məndən sonra 2 nəfər rahat şəkildə pulunu çəkdi. Sorğuda adi statusla 3 iş gününə araşdırma ediləcəyi qeyd olunsa da, təcili statusla artıq 5 iş günüdür ki, mənim sorğum yekunlaşmır, 3 dəfə 196-ya zəng etmişəm, hamısı da təcili ilə qeyd olunduğunu deyir, hər gün Birrbank çata yazıram, eyni şablon cavablar, “araşdırılır, nəticəsi barədə məlumat veriləcək”.
Mən ölkəyə 10 gün sonra qayıdacam və o pul mənə təcili lazımdır, dərdimi kimə deyim, necə eləyim ki, Kapital bank başa düşsün ki, mən onlardan öz pulumu istəyirəm, başqa heç nə”.
Firuzə











