Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə edib

  • Müəllif: Orxan
  • 28 Oktyabr 2026 13:12

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsində Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyev Bakıda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Terrorizmlə Mübarizə İdarəsinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, görüşdə Bakıda keçirilmiş son Təhlükəsizlik Forumu çərçivəsində əldə olunan nəticələr və Azərbaycanın terrorizmlə mübarizə sahəsində BMT ilə əməkdaşlığının gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Görüş Azərbaycanın beynəlxalq tərəfdaşlarla terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

1558687

Gununsesi.info