Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında institusional akkreditasiya qiymətləndirilməsi aparılıb.
Gununesi.info xəbər verir ki, Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda 2025–2026-cı tədris ili üzrə institusional akkreditasiya qiymətləndirilməsi keçirilən ali təhsil müəssisələri sırasında Dövlət İdarəçilik Akademiyasının da adı yer alsa da, amma
yekun nəticələrdə uğur qazana bilməyib.
Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, DİA qiymətləndirmədən mənfi cavab alıb.
Məlumatda o da bildirilir ki, rektor Urxan Ələkbərov məsələni müzakirə etmək üçün elm və təhsil naziri Emin Əmrullayevə zəng etsə də, lakin nazir onun zənglərini cavabsız qoyub.
Mənfi cavabla İdarəçilik Akademiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Dövlət İdarəçilik Akademiyasının verməli olduğu 5 illik Şəhadətnamədən məhrum olub.
Bu o deməkdir ki, ali məktəbin fəaliyyətinin keyfiyyət standartlarına uyğunluğunda ciddi nöqsanlar aşkar edilmişdir.
Bu həm də ali məktəbin keyfiyyət təminatı sahəsində həyata keçirdiyi tədbirlərin sistemsiz xarakter daşımasından xəbər verir. DİA-nın akkreditasiyadan keçməməsi bu ali məktəbin nüfuzuna ciddi zərbə sayılmalıdır.
Məsələ ilə bağlı Gununsesi.info-ya sabiq deputat, təhsil eksperti Etibar Əliyev danışıb.
O bildirib ki, bu qiymətləndirmədə qərəz var:
“Dövlət İdarəçiliyi Akademiyasının institusional akkreditasiyadan keçməməyi doğrudan da müəyyən təəcrüb doğurur və düşünürəm ki, burada bunu bəzi şəxsi qərəzliklər var, bununla əlaqələndirirəm. İnstitusional akkreditasiya ali təhsil müəssisəsinin fəaliyyətinin idarə etməsinin, maddi texniki bazasının və təhsil mühitinin dövlət standartlarına uyğunluğunun yoxlanması və qiymətləndirməsi prosesidir. Bu yaxınlarda Hesaplama Palatası bu qurumda çox ciddi nöqsanlar aşkar edib, hətta korrupsiya faktları da üzə çıxıb. Orada çox maraqlı bir məqam da var idi. Qeyd olunmuşdu ki, təhsildə keyfiyyət təminat agetliyinin nazirliyin tabeliyində fəaliyyət göstərməsi və Akkreditasiya Şurasının icra orqanının rəhbərliyinin sədrlik etməsi akkreditasiya prosesində maraqların toqquşmasının risklərini yaradıb. Müstəqillik üzrə yerli və beynəlxalq standartlara uyğunsuzluq əmələ gətiribdir. Yəni bu qurum, təhsildə keyfiyyət təminatı agentliyi baloniya bəyannaməsinə zidd olaraq formalaşdırılıb və o bəyannamədə qeyd olunur ki, keyfiyyəti qiymətləndirən agentliklər müstəqil olmalıdır. Bizdə isə nazirliyin tabeliyində fəaliyyət göstərirdi”.
Etibar Əliyev o cümlədən qeyd edib:
“İkinci ciddi məqam odur ki, necə ola bilər, təhsilinin keyfiyyəti ilə Azərbaycan universitetləri arasında müəyyən reytinq qazanan Dövlət İdarəçilik Akademiyasl akkreditasyadan keçməyib? Necə ola bilər ki, Sumqayıt Dövlət Üniversiteti, Mingəçevir Dövlət Universiteti 5 illik şəhadətnamə alıblar, DİA yox? Burada da müəyyən ziddiyyətlər var və mən düşünürəm ki, bu məsələ ciddi sual doğurur”.
Təhsil eksperti onu da vurğulayıb ki, agentliyin işçiləri arasında mütəxəssiz yoxdur:
“Digər tərəfdən, siz o agentliyin işçi heyətinə diqqət etsəniz, orada demək olar ki, mütəxəssislərin olmadığı qənaətinə gələ bilərsiniz. Yəni o tərkiblə, agentliyin indiki tərkibi ilə düşünürəm ki, bir pozitiv akkreditasiya prosesi həyata keçirmək mümkün deyil. Dövlət İdarəçilik Akademiyasını gətirib maddi-texniki bazası, profesor-müəllim heyəti, eyni zamanda proqramların keyfiyyəti zəif olan universitetlər sırasına, universitetlərdən aşağı səviyyədə qoyulması, şübhbəsiz ki, xeyli adamlarda, mütəxəssislərdə narahatlıq doğurur”, – deyə o qeyd edib.
Etibar Əliyev son olaraq bildirib:
“Hesab edirəm ki, əslində, bu qurum müstəqil olmalıdır. Burada nazirin hansı universitet rəhbəri ilə konfliktdə olması isə qiymətləndirmədə subyektiv xarakter daşıyır. Əslində, bundan əvvəl Qızlar Universiteti akkreditasiyadan keçməmişdi, yəni keyfiyyətdə guya ciddi nöqsanlar aşkar olunmuş və həmin Qızlar Universiteti bağlanmışdı. Bundan bir pillə yuxarı isə o deməkdir ki, iki illik müvəqqəti şəhadətnamə verilir və Dövlət İdarəçilik Akademiyasının bu səviyyə endirilməsi, düşünürəm ki, daxili konfliktin nəticəsi kimi dəyərləndirilməlidir. Konkret desək, necə olur, Dövlət İdarəçilik Akademiyası indiyə qədər dövlətin müəyyən strukturlarında çalışan insanlara keyfiyyətsiz təhsil verib? Axı orada müəyyən ixtisaslar var ki, onlar konkret olaraq dövlətin yüksək strukturlarından çalışırlar. Burada məntiq varmı?”.
Orxan












