İspaniyada üç günlük matəm elan olundu

  • Müəllif: Firuzə
  • 28 Oktyabr 2026 22:17
İspaniyada onlarla insanın ölümünə səbəb olan dəmir yolu qəzası ilə əlaqədar oktyabrın 29-dan 31-dək ümummilli matəm elan edilib.

Gununesi.info Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes bildirib.

“İspaniya kədər içindədir. Hökumət və bütün dövlət zərərçəkənlərin və onların ailələrinin yanındadır”, – Sançes deyib.

İspaniyada dəmir yolu qəzası Toledo vilayətindəki Urda stansiyası yaxınlığında “Renfe” və “Iryo” qatarlarının toqquşması nəticəsində baş verib. Son məlumatlara görə, azı 68 nəfər həlak olub.

Gununesi.info