ABŞ-da seçki kampaniyalarına milyardlarla dollar ianə - Respublikaçılar öndədir

  • Müəllif: Firuzə
  • 28 Oktyabr 2026 19:12

ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkiləri ərəfəsində milyarderlərin və iri donorların siyasi kampaniyalara ayırdıqları vəsaitlər gündəmə gəlib.

Gununesi.info bildirir ki, “Al Jazeera” telekanalının ABŞ Federal Seçki Komissiyasının (FEC) məlumatları əsasında hazırladığı və oktyabrın 26-na aid qrafikə görə, seçki dövründə ən iri 50 donor və təşkilatın ümumi ianələri 2,77 milyard dollara çatıb.

Məlumata əsasən, Respublikaçılara yaxın donorların ümumi ianələri 1,67 milyard dollar, Demokratlara yaxın donorların ianələri isə 832 milyon dollar təşkil edib.

Siyahıda ən diqqətçəkən adlardan biri milyarder İlon Maskdır. Onun Respublikaçı namizədlərə və siyasi fəaliyyətlərə dəstək məqsədilə ayırdığı vəsaitin 446 milyon dollar olduğu göstərilir.

Demokratlara yaxın donorlar arasında isə Corc Soros 102 milyon dollar, Maykl Blumberq isə 84,2 milyon dollar ianə ilə önə çıxır.

Qeyd edək ki, göstərilən rəqəmlər ABŞ-da seçkilərlə bağlı bütün xərcləri əhatə etmir. Məlumatlar yalnız araşdırılan 50 ən iri donor və təşkilatın seçki kampaniyalarına verdiyi töhfələri əks etdirir.

Beləliklə, açıqlanan göstəricilər ABŞ-da seçki yarışında maliyyə resurslarının siyasi qüvvələr arasındakı rəqabətdə mühüm rol oynadığını bir daha ortaya qoyur.

Firuzə Mahmudova
Gununesi.info