“İrşad”dan alınan qulaqcıq ilk gündən işləmədi – Vətəndaş narazıdır

Vətəndaş “İrşad” mağazasından narazıdır.

Gununsesi.info  xəbər verir ki, bu barədə o “Müştəriyəm, şikayətim var” qrupunda paylaşıb:

“İş yoldaşımıza ad günü hədiyyəsi olaraq ‘İrşad’dan 200 manatlıq kupon alınıb. Hədiyyə sahibi həmin kuponla JBL markalı qulaqcıq alıb. Mağazada qulaqcıq yoxlanılaraq təhvil verilib. Lakin mağazadan uzaqlaşdıqdan qısa müddət sonra qulaqcıq sönüb və heç bir reaksiya verməyib.

Mağazaya qayıtdıqda bizi servis mərkəzinə yönləndirdilər və 14 gün gözləməli olduğumuzu bildirdilər.

Hədiyyə olaraq alınan qulaqcığın elə ilk gündən sıradan çıxması və servisə göndərilməsi nə dərəcədə doğrudur? Aldığımız məhsuldan imtina etmək də mümkün deyil, çünki servis mərkəzinin rəyi tələb olunur.

Bir gün belə işləməyən qulaqcıqdan imtina etmək istəyirik”.

Məsələ ilə bağlı “İrşad” mağazasının mövqeyini öyrənməyə hazırıq.

 

 

 

Günay

Gununsesi.info