Norveçin Baş naziri Jonas Gar Störe bildirib ki, Ukrayna ərazi itkisini tanıyan sülh müqaviləsini “heç vaxt imzalamayacaq”.
Gununsesi.info-nun xəbərinə görə, Stere bildirib ki, “Ukrayna heç vaxt ərazi itkisini tanıyan müqavilə imzalamayacaq, lakin onların hazırkı cəbhə xəttini reallıq və başlanğıc nöqtəsi kimi qəbul edib-etməyəcəyi başqa bir sualdır”.
Onun sözlərinə görə, əsas sual sülh müqaviləsi bağlandıqdan sonra Ukraynaya hansı təhlükəsizlik zəmanətlərinin veriləcəyidir.
Rusiya Prezidenti Vladimir Putin də “əsas məsələnin bu olduğunu qəbul edir”, – deyə Norveç Baş naziri vurğulayıb.
Maqsud









