Peskov: Təhlükəsizlik təminatları Əbu-Dabidə müzakirə olunacaq

  • Müəllif: Firuzə
  • 28 Oktyabr 2026 20:07

Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatları noyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda müzakirə ediləcək.

Gununesi.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, təhlükəsizlik təminatları qarşılıqlı xarakter daşımalıdır. O vurğulayıb ki, bu məsələ münaqişənin hərtərəfli həlli üçün mühüm əhəmiyyət kəsb edir.

Gununesi.info