Pornoqrafik video yaymaqda şübhəli bilinən tiktoker saxlanılıb - FOTO

  • Müəllif: Firuzə
  • 13 Sentyabr 2026 14:45

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Gununsesi.info  APA-ya istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info