Bakıda metroda texniki nasazlıq yarandı - YENİLƏNİB

  • Müəllif: Firuzə
  • 14 Sentyabr 2026 09:10

“İçərişəhər” stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.

Gununsesi.info   xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib:

“Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub”.

08:42

Metronun “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

Gununsesi.info   xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

“Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır”.

Qısa müddət ərzində Qırmızı xətt üzrə intervallar bərpa olunacaq.

Qeyd olunub ki, Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir.

Gununsesi.info