Sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, yeni zal sentyabrın 15-dən fəaliyyətə başlayacaq. Burada 11 turniket quraşdırılıb. Bununla da Bakı Dəmiryol Vağzalında turniketlərin ümumi sayı 46-ya çatdırılacaq.
Bundan əlavə, Bakı və Sabunçu vağzalları da daxil olmaqla, 8 stansiya və dayanacaqda bank kartı ilə keçidin təmin edilməsi üçün turniketlərə 58 əlavə validator quraşdırılıb.
ADY bildirib ki, görülən tədbirlər xüsusilə sərnişinlərin intensiv olduğu saatlarda vağzal və stansiyalarda daha rahat hərəkətin təmin edilməsinə, eləcə də alternativ ödəniş imkanlarının genişləndirilməsinə yönəlib.












