Xalq artisti Tünzalə Ağayeva yeni layihəsinin anonsunu paylaşıb.
Gununsesi.info xəbər verir ki, sevilən müğənni Nəsimi Məmmədovla biraraya gələn pop starın yeni duet mahnısı “Sənin üçün doğulmuşam” adlanır. Klip üçün birlikdə kamera qarşısına keçən sənətçilər yeni layihədən ilk görüntüləri də izləyiciləri ilə bölüşüblər.
Qeyd edək ki, “Sənin üçün doğulmuşam” adlı duet mahnının təqdimatının yaxın günlərdə baş tutacağı gözlənilir.
Şəbnəm











