“Rusiya Ukrayna münaqişəsi ilə bağlı danışıqlara hazırdır və heç vaxt prosesi gecikdirməyə və ya çətinləşdirməyə çalışmayıb”.
Gununsesi.info-nun xəbərinə görə, TASS xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov səfirlər səviyyəsində keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bu mövzuda danışıqlar barədə bir neçə dəfə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti üçün Qırğızıstana və BRİKS sammiti üçün Nyu-Dehliyə səfərləri zamanı danışıb.
O, Rusiya tərəfinin həmişə danışıqlara hazır olduğunu və heç vaxt bu danışıqları çətinləşdirməyə çalışmadığını vurğuladı.
Diplomat qeyd edib ki, Ukrayna danışıqları bərpa etməyə hazır olarsa, Rusiya razıdır və Moskvanın deyəcək sözü var.
O, Rusiya tərəfinin danışıqlar zamanı hərbi əməliyyatları dayandırmayacağını vurğulayıb.
Lavrov əlavə edib ki, Rusiya ABŞ-ın münaqişənin həllində marağını alqışlayır və üçtərəfli danışıqlara hazırdır.
Elmar











