Milli Məclis yaz sessiyasının son iclasına toplanır

  • Müəllif: admin
  • 31 May 2017 08:52

millimeclis-2015_40

Bu gün Milli Məclisin yaz sessiyasının son plenar iclası keçiriləcək.

Gununsesi.info-nun məlumatına görə, iclasda Azərbaycanla bir sıra ölkələr arasında imzalanmış sənədlərin təsdiqi, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi, Cinayət Məcəlləsinə, Vergilər Məcəlləsinə, Əmək Məcəlləsinə, “Uşaq hüquqları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 38 məsələ müzakirəyə çıxarılacaq.

Gununsesi.info