
ABŞ-ın Florida ştatında dəhşətli hadisə baş verib.
Gununsesi.info-nun publika.az-a istinadən verdiyi məlumata görə, Conson adlı qadın ailəsinin ibadət etmək üçün getdiyi kilsənin üzvləri tərəfindən dörd dəfə təcavüzə məruz qaldığını deyib. 10 yaşında hamilə qalan Consonu ailəsi 11 yaşında zorla ərə verib.
Şerri Consonun mətbuata verdiyi açıqlamasında bildirib ki, anam mənə evlənəcəksən dedi: “Evlilik nədir deyə soruşdum. Cavab belə vermədi”.
Florida ştatı ABŞ-ın ailələrin icazəsi ilə uşaqların hər yaşda evlənə biləcəyi 27 əyalətdən biridir. Consonun hazırda 9 uşağı var.
Şerri Conson yaşadıqlarını “Bağışlanmaz olanı bağışlamaq” adını verdiyi kitabında yazıb.
2011-ci ildə aparılan araşdırmalara görə, təcavüzə uğrayan və ya sadəcə ailələrinin təzyiqi ilə 16 yaşından tez ailə quran qızların sayı 9.4 milyonu keçib.
Gununsesi.info











