Ərəbistanda naməlum şəxs məktəbə hücum edib

  • Müəllif: admin
  • 31 May 2017 16:35

05

Bu dəqiqələrdə Səudiyyə Ərəbistanıda naməlum şəxs məktəbə hücum edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Səudiyyə Ərəbistanıda fəaliyyət göstərən səfirliyi məlumat yayıb.

Belə ki, naməlum silahlı şəxs Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində fəaliyyət göstərən məktəblərin birinə hücüm edərək atəş açıb.

İlkin məlumata görə, hücum zamanı məktəbdə şagirdlərin olmadığı bildirilir.

Qeyd edək ki, hazırda ölü və ya yaralı sayı barədə məlumat verilmir.

Anar

Gununsesi.info