Poliqlot Nəsrəddin şah haqqında maraqlı faktlar -TARİXİN GÖRÜNMƏYƏN ÜZÜ

  • Müəllif: admin
  • 01 İyun 2017 13:23

Naser-al-Din-Shah-Qajar-3

Son günlər sosial şəbəkələrdə gündəmdən düşməyən İran şahının xanımı Anis el-Doleh haqqında maraqlı faktlar ortaya çıxıb. O, 3 min illik İran dövlətinə başçılıq edən Nəsrəddin şahın ən sevimli arvadı olub. 47 il hakimiyyətdə olan hökmdarın dövründə İran mədəni inqilab keçirib. Ölkədə bir sıra yeniliklər baş verib.

Gununsesi.info Nəsrəddin şah və arvadı Anis el-Doleh haqqında maraqlı faktları təqdim edir.

3 min illik İran dövlətində ən uzun səltənət sürən hökmdar məhz Nəsrəddin şah olub. Əsl adı Nasser al-Din olan hökmdar 1848-ci illərdə tarixdə Nəsrəddin şah olaraq tanınıb. O, İran hökmdarları arasında yeganə hökmdardır ki, gündəlik tutub. O, baş verən bütün hadisələri orada qeyd edirdi.

Hərəmxanasında 100-dən çox qadını olan şahın hakimiyyət illərindən əvvəl İranda Avropa adətlərini xatırladan eyş-işrət məclislərinin keçirilməsinə, tütün, qəlyan istifadəsinə qadağa qoyulmuşdu. Lakin Nəsrəddin şahın apardığı islahatlar bu qadağaları aradan götürdü. O, hətta qadınların da tütün və qəlyan çəkməsinə icazə verirdi.

Tarixdə Avropaya səfər edən fars sülaləsinin ilk nümayəndəsi məhz o olub. Nəsrəddin şah poliqlot (bir neçə dil bilən şəxs) olub desək, yanılmarıq. Çünki o, alman, fransız, fars, flandriya dillərini mükəmməl bilirdi.

Nəsrəddin şah öz hakimiyyət illərində din xadimlərinin səlahiyyətlərini məhdudlaşdırıb, əhalini teleqraf və poçt xidmətləri ilə tanış edib, yeni yollar inşa edib, Avropa ölkələrinin təhsil sisteminə əsaslanan ilk məktəb açıb və Fars krallığının ilk qəzetini çıxartdırıb.

Eyni zamanda o, özünü fotoqraf kimi də sınayan ilk hökmdar olub. Özünün və həyat yoldaşlarının görüntülərini çəkən hökmdarı “fotoların ağası” adlandırırmışlar.

Nəsrəddin şahın nə az, nə çox düz 25 arvadı olub. Dövrün ən gözəl qadını sayılan Anis el-Doleh də hökmdarın arvadlarından biri idi. 145 nəfərdən çox insanın aşiq olduğu, 13 nəfərin rədd cavabı aldığı üçün uğrunda intihar etdiyi bu qadın haqqında tarixi sənədlərdə heç bir məlumat olmasa da, hökmdarın gündəliyində onun haqqında məlumatların qeyd olunduğu deyilir.

O vaxt fars qadınlarının dəbdəbəli həyatlarına mane olan cəhət onların üzlərindəki tüklərin alınmasının qəti şəkildə qadağan olması idi. Lakin işin ən qəribə tərəfi odur ki, tüklərin alınmasını qadağan edən rejim qadınlara qısa ətəklər geyinib küçələrdə dolaşmalarına icazə verirdi.

1896-cı il aprel ayının 30-da xalq şahın keçirdiyi islahatlara qarşı etirazlar başladı. Üsyana səbəb olan amillər Nəsrəddin şahın sui-qəsd nəticəsində öldürülməsinə gətirib çıxartdı.

irannnnnn

 

irannnnnnnnnnnnnn

Gununsesi.info