Kamal Abdulla dövlət müşaviri vəzifəsini itirdi

  • Müəllif: admin
  • 01 İyun 2017 16:08

kamal-abdulla1

Prezident Administrasiyasının yeni strukturu müəyyənləşib və yeni strukturda Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri strukturu yaradılıb.

Gununsesi.info xəbər verir ki, yeni yaradılan şöbə və köməkçi vəzifəsinə təyinat yoxdur. Bu yer hal-hazırda boşdur.

Baxmayaraq ki, indiyədək Administrasiyada Prezidentin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsini Kamal Abdulla icra edir. Ancaq o, yeni təyinat alanlar sırasında deyil. Məntiqə əsasən Kamal Abdulla avtomatik olaraq yeni vəzifəyə təyinat almalı idi. Lakin onun adı yeni tərkibdə yoxdur. Kamal Abdulla ya vəzifəsi ilə vidalaşmalı olacaq, ya da ölkə başçısının sərəncamı ilə yeni köməkçisi təyin olunacaq.

Gununsesi.info