Lənkəran sakinlərindən narkotik vasitə götürülüb

  • Müəllif: admin
  • 02 İyun 2017 12:08

marixuana

Lənkəran şəhər sakinlərindən marixuana aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Turqut Mikayılovdan 0,17 qram marixuana götürülüb.

Ətrafında aparılan tədbirlərlə narkotik vasitəni ona satan həmyerlisi Elxan Hüseynov da müəyyən edilərək tutulub və ondan 4,24 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 404,42 qram marixuana aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info