
“Əgər Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istəyirsə, o zaman Azərbaycana və onun 10 milyonluq əhalisinə güvənməlidir. Çünki Cənubi Qafqaz ölkələrinin Ümumi Daxili Məhsulun 70% məhz Azərbaycanın payına düşür”.
Gununsesi.info xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov özünün Facebook səhifəsində Rusiya-Azərbaycan münasibətlərini şərh edərkən yazıb.
Sabiq nazir bildirib ki, Rusiyanın postsovet məkanında həyata keçirdiyi siyasəti analiz etdikdə, o zaman ziddiyətli məqamlar ortaya çıxır:
“Rusiyanın Krımın işğalı ilə Ukraynanın 50 milyonluq əhalisi qismində özünə dost olmayan qonşu bir ölkə qazandı. Bununla Rusiya Ukraynanın qərbyönümlü siyasi elitasının mövqeyinin qarşısını almaqla, həm daxili, həm də xarici siyasətində rusiyameylli siyasi mövqeyi gücləndirməyə çalışdı. Bunu Azərbaycanın da timsalında çəkmək olar. Ona görə də, demək istəyirəm ki, əgər Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istəyirsə, o zaman Azərbaycana istinad etməlidir. Ancaq Rusiyanın mövcud “Lavrov” siyasətinin perspektivlərini analiz edən də, o qənaətə gəlirəm ki, Rusiya həqiqətən də Azərbaycandan çıxır”.
Mürtəza
Gununsesi.info










