Ankarada gərgin Almaniya-Türkiyə müzakirələrinə start veriləcək

  • Müəllif: admin
  • 05 İyun 2017 12:04

almaniya turkiye

Bu gün Almaniyanın xarici işlər naziri Sigmar Gabriel Türkiyəyə rəsmi səfərə gəlir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, artıq səfər zamanı iki ölkə arasında müzakirə olunacaq əsas məsələlər bəlli olub.

Almaniya XİN başçısı Sigmar Gabriel bildirib ki, Ankarada keçiriləcək görüşlərdə əsas müzakirə predmeti “İncirlik” aviabazası ətrafında yaranmış vəziyyət olacaq.

İyunun 5-də Türkiyəyə səfər edəcək Almaniya XİN başçısı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşdə “İncirlik” avibazası ilə yanaşı, ikitərəfli münasibətlər və beynəlxalq aləmdə, regiondakı durum, həmçinin Suriya məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Gununsesi.info