Məşhur boksçunun oğlu ac qalıb - FOTO

  • By admin
  • 05 İyun 2017 14:01

unnamed (1)
Əfsanəvi boksçu Məhəmməd Əlinin oğlu 45 yaşlı Məhəmməd Əli Jr öz ailəsini ədalətsizlikdə ittiham edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuata açıqlama verən M.Əli Jr evsiz qalmasına rəğmən, atasından miras qalan 62 milyon funt-sterlinqlikdən yalnız ona 6000 funt-sterlinq çatdığını deyib.

Belə ki, Floridada bir dostunun evində yaşadığını deyən M.Əli Jr qeyd edib ki, hazırda gecələr evdə yerdə yatır, kifayət qədə maliyyə vəsaitinin olmaması səbəbindən ev kirayələyə də bilmir: “Atam hər zaman evimin olmasını və pul qazanmağımı istəyirdi. 20 il əvvəl ailəm məndən üz döndərdi. Bu illər ərzində atamla ünsiyyət qura bilməmişəm. 20 il ərzində Çikaqoda müxtəlif sahələrdə işləyib pul qazanırdım. Atam öldükdən sonra həyat yoldaşım Şakira da məni tərk edib” -, deyə M.Əli Jr bildirib.

Xatırladaq ki, əfsanəvi boksçu M.Əlinin 7 qızı və Əsəd adında övladlığa götürdüyü bir oğlu var.
unnamed
Anar
Gununsesi.info