
AFFA-nın Futbol Akademiyasında assosiasiyanın təşəbbüsü və maliyyə dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən televiziya və radioda çalışan idman şərhçiləri üçün rusiyalı televiziya və radio şərhçisi, idman jurnalisti Aleksandr Kuzmakın rəhbərliyi ilə seminar keçirilib.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov seminarın son mərhələsində A.Kuzmaka və bütün iştirakçılara təşəkkür edib və müvafiq sertifikatlar təqdim olunub.
Anar
Gununsesi.info









