
Bakıda səfirlik maşını qəzaya düşüb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Bakıxanov küçəsində baş verib. Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Nissan Patrul” markalı, 062 D 004 dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayon sakini, 10 NP 318 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info












