Elnarənin Stefano Suarosla dueti - VİDEO

  • Müəllif: admin
  • 07 İyun 2017 09:52

660_12598_115936b007bf63b_1496756231

Əməkdar artist Elnarə Xəlilova Azərbaycan əsilli müğənni və model Stefano Suares (Rəcəb Rəcəbli) ilə mahnı oxuyub.

Gunusesi.info xəbər verir ki, məşhur “Zorro” filminin tanıtım musiqisini birgə ifa ediblər.  Hal-Hazırda New Yorkda yaşayan müğənni- model Suares  Amerikanın məşhur Calvin Klein markasının simasıdır. Yeni mahnını artıq Youtube kanalından dinləyə bilərsiniz. Hər iki ifaçı yeni proyekt haqqında və birgə iş birlikləri barədə ətraflı məlumat verən  müsahibə də yayımlayıblar. Müsahibə ingilis dilində verilsə də biz onu sizə Azərbaycan dilində təqdim edirik.

“Mən Stefano Suares  New Yorkdan sizi  salamlayıram. Hal-hazırda studiyadayam. Yeni proyektin üzərində çalışırıq amma istərdim bu haqqda sizə qısa məlumat verim. Bir neçə həftə öncə menecerim Azad Mirzə mənə zəng edərək , sözü gedən proyektdən bəhs etdi.  Bildirim ki, Elnarə Xəlilova böyük müğənnidir. O,  həm Azərbaycanda,  həm də bütün dünyada yaxşı tanınır. Mən onun səsini, mahnılarını çox bəyənirəm və bilirəm ki, o da mənim səsimi  bəyənir. Sonunda biz bir proyekt üzərində çalışmağa qərar verdik.  Mahnı yeni olmasa da,  proyekt yenidir. Çünki, mən adətən heç kimlə duet oxumuram amma Elnarənin sənətinə hörmət etdirəm, eyni zamanda professional  ifaçı olduğu üçün onunla   oxumaq qərarına gəldim.  Gələcəkdə Elnarə xanımla ,  Türkiyədən, Rusiyadan, Gürcüstandan və Azərbaycandan  olan ifaçılarla da yeni proyektlər nəzərdə tutulub. Mənim musiqi prodüserim Cheff Loncherin səyi nəticəsində biz bu proyekti bitirdik. Cheff Loncher Lonch Myls musiqi kompaniyasının  sahibidir. Mən bu proyekti bəyəndim əminəm ki, siz də bəyənəcəksiz. Əgər musiqini dinləmək istəsəniz ,  mənim- Stefano Suares Official Youtube kanalıma  daxil olmaq yetərlidir. Daxil olun, yükləyin,  musiqi və moda dünyamdan zövq alın. Tezliklə görüşənədək”.

“Salam mən Elnarə Xəlilova sizi salamlayıram. Bu  Stefano Suareslə mənim yeni iş birliyimi təqdim etmək üçün   nəzərdə tutulmuş müsahibədir.  Sizə dünya moda arenasında tanınan, model və pop ifaçı Stefano Suaresdən danışmaq istəyirəm.  İstərdim öncə  onun haqqında qısa məlumat verim.  O,  Amerikada Calvin Klein  markasının həm simasıdır,  eyni zamanda gözəl səsə malik müğənnidir.  Bir neçə həftə  öncə  onun mahnısını təsadüfən dinlədim və  çox bəyəndim . Öz- özümə sual etdim ki, niyə də onunla duet oxumayım.  “Hansı mahnını onunla oxuya bilərəm” barədə  düşündüyüm zamanda ən sevdiyim mahnılardan biri olan “Zorro” filminin tanıtım mahnısının üzərində dayandım.  Bu zaman içərisində Stefano Suaresin Meneceri Azad Mirzə yanımızda olaraq bizə dəstək oldu və duetin ərsəyə gəlməsi üçün həqiqətən çox çalışdı.  Buna görə ona təşəkkür edirəm.  Sonunda gözəl iş ortaya qoya bildik. Eyni zamanda mən bilirəmki Stefano JZ kimi məşhurlarla işləyən  musiqi prodüseri Cheff Loncherle birlikde çalısır. Onunda dəstəyi ilə nəhayətki,  biz bunu gerçəkləşdirdik. Əminəmki çox əylənəcəksiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.

https://www.youtube.com/watch?v=mCD4QLF86q4

https://www.youtube.com/watch?v=3Dq-NRoJcG0