Türkiyəli məşhur komediya ustası Cem Yılmaz səhhəti ilə bağlı sosial media hesabında paylaşım edib.
Gununsesi.info xəbər verir ki, Cem Yılmaz paylaşımında yeni layihəsinin çəkilişlərinin başa çatdığını və çəkilişdən sonra sinəsində və kürəyində güclü ağrı hiss etdiyini bildirib.
O qeyd edib ki, əvvəlcə ağrını çəkilişlərin yorğunluğu ilə əlaqələndirib. Lakin ağrının güclənməsindən sonra Ayvacıkdakı xəstəxanaya müraciət edib, daha sonra isə Çanaqqaladakı həkim dostlarına təşəkkürünü çatdırıb.
Cem Yılmaz ona zəng edən, maraqlanan və xəstəxanaya gələn hər kəsə təşəkkür edib. O, Türkiyənin səhiyyə naziri tərəfindən də “keçmiş olsun” mesajının çatdırıldığını bildirib.
Həkimlərin ona stressdən uzaq durmağı tövsiyə etdiyini deyən Yılmaz paylaşımının sonunda bunu yumorla qarşılayıb.
“Pis bir gün keçirdim, vəssalam. Həkimlər stressdən uzaq durun dedi. Güldüm. Yenə ‘abi, az iç’, ‘saçını kəsdirdin, yeni imic’ deyənlərə sözüm var: siz olmasanız, həyatda infarkt da olmazdı”, – deyə Cem Yılmaz yazıb.
O, paylaşımının sonunda pərəstişkarlarına təşəkkür edərək hər kəsə sağlamlıq arzulayıb.











