Tanınmış müğənninin anası vəfat edib

  • Müəllif: Firuzə
  • 02 Sentyabr 2026 23:20

Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Ülvi Cəfərova ağır itki üz verib.

Gununsesi.info xəbər verir ki, Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayevin bacısı, “Şeron” qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərovun isə anası Zəkiyyə Cəfərova sentyabrın 2-də vəfat edib.

Mərhum Zəkiyyə Cəfərova 45 il ərzində Bakı şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi çalışıb. O, uzun illər kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların qayğısına qalıb.

Zəkiyyə Cəfərovanın dəfni sentyabrın 3-də Salyan şəhərində keçiriləcək.

Allah rəhmət eləsin!

Gununsesi.info