
Bakı şəhər sakinindən “AKM” markalı silah və 23 ədəd patron götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elşad Məmmədovdan “AKM” markalı silah və 23 ədəd patron götürülüb.
Anar
Gununsesi.info









