Madriddə isti hava şəraiti ilə bağlı birinci dərəcəli təhlükə elan olundu

  • Müəllif: admin
  • 08 İyun 2017 09:12

madrid-1

İspaniya paytaxtının səhiyyə idarəsi havanın kəskin itiləşməsi ilə bağlı I dərəcəli təhlükə elan edib.

Gununsesi.info-nun xəbərinə görə, sinoptiklərin məlumatında bildirilir ki, həftə ərzində hava sürətlə istiləşəcək və şənbə günü temperaturun 37,5 dərəcəyə çatacağı gözlənilir.

Madriddə temperatur 36,5 dərəcəyə çatarkən I dərəcəli, 38,5 dərəcə olarsa artıq II dərəcəli təhlükə elan edilir.

Gununsesi.info