
İyunun 29-da nikah masasına oturacaq Burak Özçivit və Fahriye Evcen cütlüyü Beşiktaş Bələdiyyə sədri Murad Hazinedarı ziyarət ediblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük bələdiyyə sədrinə toy dəvətnaməsi təqdim ediblər.
Nikahı da kəsəcək olan M.Hazinedar Burak və Fahriyedən 3 uşaq sözü alıb.
Səmimi görüşün sonunda sədr onlara kitab hədiyyə edib.
Qeyd edək ki, bu ilin martın 9-da nişanlanan B.Özçivit və F.Evcenin toyu Bosfor Boğazında yerləşən Sait Halim Paşa sahil villasında keçiriləcək.

Gununsesi.info












