Kütləvi zəhərlənmə ilə bağlı xəbərdən hər kəs çox narahatdır - QƏNİRƏ PAŞAYEVA

  • Müəllif: admin
  • 10 İyun 2017 23:54

ganira_pashayeva_180215_1 (1)

“Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı xəbərdən hər kəs çox narahatdır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva deyib.

O, hesab edir ki, müvafiq qurumlar çox ciddi araşdırmalar aparmalı,çox qısa zamanda insanlara ətraflı məlumat verməlidirlər ki, qeyri-dəqiq, yanlış informasiyalar və əhali arasında təşviş daha da artmasın.

“Allah zəhərlənən balalara, insanlarımıza kömək olsun.

İnanırıq ki, tibb ocaqlarında onlara lazımı bütün yardımlar edilir və edilməlidir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

KAMİL

Gununsesi.info