Enverlə Boz “Kardeşim benim-2”-də də “boz”uşmayacaqlar ki?

  • By admin
  • 10 İyun 2017 23:48

kardesim benim

İyulda çəkilişlərinə başlanılacaq “Kardeşim benim-2”-də yer alacaq aktyorlar arasında “Kardeşim benim”də çəkilmiş aktrisa Aslı Enver də ola bilər.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, adıçəkilən filmə çəkiləcək digər ünlü oyunçu Burak Özcivit bunun anonsunu verib.

O, bu haqda geniş danışmaq istəməsə də, bildirib ki, A. Enver də “Kardeşim benim-2”-də yer ala bilər.

Qeyd edək ki, “Kardeşim benim”də bir araya gələn sənətçilər- A. Enverlə müğənni Murat Boz sonradan eşq münasibətləri yaşamışdı, hətta, yaxın zamanlarda onların evlənəcəkləri də söylənilirdi.

Ancaq bugünlərdə yaşanmış səbəblərdən dolayı məlum cütlük evlənmədən, ayrılmaq qərarı verdilər.

Odur ki, cütlüyün “Kardeşim benim-2”-də də bir araya gələcəyi sual altında idi…

KAMİL
Gununsesi.info