Varşavada Polşa-Azərbaycan biznes forumu keçiriləcək

  • By admin
  • 10 İyun 2017 23:32

bayraq-azer

 

Bu il iyunun 27-də Polşanın paytaxtı Varşava şəhərində Polşa-Azərbaycan biznes forumu keçiriləcək.

“Report” bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir.

Forum çərçivəsində Polşanın iş adamları ilə işgüzar əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur. Polşaya səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlar bu barədə AZPROMO-ya məlumat verə bilərlər.

 

Gununsesi.info