Rusiyada avtobus faciəsi yaşandı: ÖLƏNLƏRİN SAYI 11-Ə, YARALANANLARIN SAYI 40-A ÇATDI

  • Müəllif: admin
  • 12 İyun 2017 08:00

ambulans

Rusiyanın Zabaykalye diyarında sərnişin avtobusu aşıb.

Avtobusun aşması nəticəsində də ölənlər və yaralananlar var, artıq ölənlərin sayı 11 nəfərə çatıb.

Gununsesi.info-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 3-ü uşaq olmaqla, 40-a yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə ötən axşam “Baykal” federal avtomobil magistralının  Petrovsk-Zabaykalsk rayonundan keçən hissəsində qeydə alınıb.

İçərisində 50-dən çox sərnişinin olduğu avtobus qəflətən idarəetməni itirərək yolun kənarındakı xəndəyə aşıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Gununsesi.info