Milli Məclisin sədr müavinindən deputatlara xəbərdarlıq: "KİMİN ÖZƏL SÖHBƏTİ VARSA, ÇÖLƏ ÇIXSIN"

  • Müəllif: admin
  • 13 İyun 2017 15:31

bahar-mm-1

Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatlara xəbərdarlıq edib.

Gununsesi.info-nun xəbərinə görə, B.Muradova bəzi deputatların iclasda sakitliyə riayət etməmələrinə irad tutub: “Kimin özəl söhbəti varsa, çölə çıxsın. Burada səsinizdən iclasdakı müzakirələri eşidə bilmirik”.

Parlamentin Komitə sədri Hadı Rəcəbli buna görə B.Muradova təşəkkürünü bildirib.

Gununsesi.info