Sabiq baş konsula ağır ittiham – külli miqdarda qızıl… - YENİLƏNİB

  • Müəllif: Orxan
  • 10 Sentyabr 2026 13:21

Külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilən Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımov barədə yeni detallar məlum olub.

Gununsesi.info Apa-ya istinadən məlumat verir ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.

Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib.

Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.

***

11:22

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.

Gununsesi.info  Apa-ya istinadən xəbər verir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.

O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.