
Yəmən Hərbi Dəniz Donanması Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus hərbi gəmi məhv edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yəmənin Taiz əyalətində husilərlə birlikdə döyüşən Yəmən Hərbi Dəniz Donanması iyunun 14-də “Mokha” Limanı yaxınlığında Səudiyyə Ərəbistanına aid hərbi gəmini batırıb.
Belə ki, Səudiyyə Ərəbistanın Hərbi Dəniz Qüvvələri Komandanılığının verdiyi məlumata görə, Yəmən Hərbi Dəniz Donanması döyüş gəmisinə qarşı ən müasir silahdan istifadə edib.
İranın “Tasnim” Agentliyi xəbər verir ki, Yəmən Hərbi Dəniz Donanması eyni vaxtda Krallığın Cizan əyalətində yerləşən hərbi bazasına 2 dəfə hücum edib.
Qeyd edək ki, hücüm zamanı xeyli sayda əsgərin ölüdyü və yaralandığı bildirilir.
Anar
Gununsesi.info











